Bu rayonlarda külək əsib - FAKTİKİ HAVA

10:46 10.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 10-u saat 10:00-a olan faktiki hava Milli Hidrometeorologiya Xidmətinin avqustun 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, bəzi yerlərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.